Ukraynanın Britaniyadakı səfirliyi 30 zirehli təcili yardım maşını aldı

Ukraynanın Böyük Britaniyadakı səfirliyi tərəfindən alınmış 30 zirehli təcili yardım maşını Ukraynaya göndəriləcək .

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfirliyi məlumat yayıb.

“Biz withukraine.org platforması vasitəsilə toplanan vəsaitin bir hissəsini cəsur həkimlərimizi qorumaq üçün təkcə adi təcili yardım maşınları deyil, həm də zirehli maşınlar almaq üçün istifadə etmək qərarına gəldik. Ümumilikdə 30 avtomobil alınıb, onlardan 15-i bu həftənin əvvəlində Ukraynaya göndəriləcək", - deyə məlumatda bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR