Vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 818 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 811, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 848, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 594, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 565 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR