Bu ölkədə karantin ləğv edilir

Almaniyada PCR testləri müsbət çıxanlara tətbiq edilən karantin öhdəliyi mayın 1-dən etibarən qaldırılacaq.

Metbuat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Almaniyanın Səhiyyə naziri Karl Lauterbax keçirdiyi mətbuat konfransında səlahiyyətlilərin karantin tətbiqində yeni bir tənzimləmə etmək üçün razılaşdıqlarını söyləyib.

Nazir mayın 1-dən etibarən koronavirusa yoluxanların və onlarla təmasda olan şəxslərin karantininin “könüllülük əsasında” olacağını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR