20-dən artıq binadakı liftlərinin naqillərini oğurlayan şəxs saxlanılıb -

Binəqədi ratyonunda 20-dən artıq binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda hümdürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsininəməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Soltan Rzayev saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Binəqədi rayonu və paytaxtın digər ərazilərində yerləşən 20-dən artıq hündürmərtəbəli binanın liftinin naqilini kəsərək oğurladığı məlum olub. Soltan Rzayev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə satdığını bildirib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Soltan Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR