"Parkovşik"ə təpik atan qadın məktəbdə çalışırmış -

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu üzə çıxıb.

Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəlidir və iki uşaq anasıdır.

Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı ərazidə "İbiş" ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun nitq qüsurlu olduğu bildirilib.

Qeyd edək ki, “Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR