Baş məşqçi Azərbaycan yığmasını xaraktersiz və qorxaq adlandırdı

"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

66 yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb: "Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".

De Byazi Azərbaycan seçməsini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. Hazırda istəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR