Benzema "Çelsi" ilə oyunda tarixə düşüb

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının məlumatına görə, fransalı forvard ardıcıl iki matçda 3 qol vuran 4-cü oyunçudur.

Kərim Benzema buna Çempionlar Liqasında (Çempionlar Kuboku)"Çelsi"yə qarşı het-trik edərək nail olub. Beləliklə, Benzema Çempionlar Liqasında (Çempionlar Kuboku) "Çelsi"yə qarşı het-trik edən ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl 2014-cü ildə Luis Adriano, 2016-cı ildə Lionel Messi, 2017-ci ildə isə Kriştianu Ronaldo bu uğura imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR