Sabah hava necə olacaq? -

Aprelin 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti gözlənilir. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında:

Əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR