Dövlət qulluğuna qəbul imtahanından bir nəfər xaric edilib

İnzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Metbuat.az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib. İmtahan keçirilən binalarla müntəzəm əlaqə saxlanılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Bakı şəhərində 12 binada təşkil olunmuş imtahanların idarə olunmasına 12 ümumi imtahan rəhbəri, 34 imtahan rəhbəri, 269 nəzarətçi müəllim, 24 buraxılış rejimi əməkdaşı, 12 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.

Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR