Azərbaycana turist axın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib.

Bu barədə Metbuat.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

2022-ci ilin yanvar, fevral və mart aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105%, 112% və 112% artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61%, 56% və 61% geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.

Həmçinin cari ilin mart ayında Azərbaycana əsasən 15 ölkənin 87 077 vətəndaşı səfər edib. Siyahıda ilk üç yeri 24 244 nəfərlə Türkiyə, 17 824 nəfərlə Rusiya və 15 638 nəfərlə İran tutub. Növbəti yerlərdə 5 483 nəfərlə Gürcüstan, 5 327 nəfərlə Ukrayna, 4 001 nəfərlə Pakistan, 3 632 nəfərlə Birləşmiş Ərəb Əmirlikləri, 2 683 nəfərlə Səudiyyə Ərəbistanı, 1 556 nəfərlə Hindistan, 1 512 nəfərlə Qazaxıstan, 1 202 nəfərlə Küveyt, 1 105 nəfərlə Birləşmiş Krallıq, 971 nəfərlə Özbəkistan, 953 nəfərlə Almaniya və 946 nəfərlə Belarus qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı