Ukrayna və Rusiya razılığa gəldi: Mühasirə altında olan ərazilərdə...

Ukrayna və Rusiya 9 humanitar dəhlizin açılması barədə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, humanitar dəhlizlər Rusiya ordusunun mühasirəsində olan Luqansk və Mariupol istiqamətlərində açılıb. Bu gün həmin dəhlizlər vasitəsilə çox sayda insanın təxliyə olunacağı gözlənilir.

Həmçinin, Ukrayna tərəfi Rusiyanın Donbasa hücum edəcəyini güman etdiyi üçün bu istiqamətdə təxliyələri sürətləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR