Voleybol çempionatlarında növbəti turun proqramı açıqlanıb

Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçiriləcək.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.

Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR