Azərbaycanda məktəbdə şagirdlər arasında dava:

Siyəzəndə rayonunda məktəbli bıçaqlanıb.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov “Report”a faktı təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR