Kardioloq infarktın ən çox görülən simptomlarını AÇIQLADI

"İnfarktın ən çox görülən simptomları sinədə ağrı şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə, qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək bölgələrinə yayılır".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev deyib. Onun sözlərinə görə, bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss edilir və 20 dəqiqədən daha uzun müddət davam edir: "Ağrı şiddətli (göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə olduğundan diqqətdən qaçmamalıdır. Qeyd edilənlərdən əlavə başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və tərləmə, soyuq tər hissi və s. hallar da müşahidə edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR