Qırğızıstan və Tacikistan sərhədində atışma oldu

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR