Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunlarının vaxtı açıqlanıb.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az verilən məlumata görə, qarşılaşmalar aprelin 15-də olacaq.

“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında gerçəkləşəcək. Oyun saat 15:00-da başlayacaq.

Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR