Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR