Zaxarovadan sülh müqaviləsi AÇIQLAMASI:

"Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmindədir".

Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və İrəvanın verdiyi reaksiya sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas rol oynayır", - Zaxarova qeyd edib.

Diplomatın sözlərinə görə, bu mövzu aprelin 9-da Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında, eləcə də bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada danışıqlarda müzakirə olunub. Erməni həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı olub.

Zaxarova həmçinin xatırladıb ki, fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üçlüyü çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb.

"Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. ABŞ və Fransa həmsədrlə əməkdaşlığı dayandırdığı üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur".

"Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası Xarici İşlər Nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində yuxarıda adı çəkilən sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan İ.A.Xovayevin səylərinin dəstəyinə ümid edirik. Digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqə üçün açıqdır", - diplomat yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR