"Kəpəz" icazəsiz pankarta görə cərimələnib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb.

Metbuat.az xəbər verir ki, buna Gəncə təmsilçisinin səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə uduzduğu I Divizionun XXI tur oyununda baş vermiş hadisələr səbəb olub.

"Kəpəz" 5 futbolçusunun sarı vərəqə alması üzündən 80 manat, azarkeşlərin icazəsiz pankart açmasına görə isə 160 manat cərimə olunub. Həmin pankartda baş məşqçi Yaşar Vahabzadənin istefası tələb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR