Metbuat.az-da “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə olundu -

Bu gün Metbuat.az saytının redaksiyasında Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən göndərilən "Redaksiya heyəti və peşə etikası qaydaları" ilə bağlı nümunə müzakirə olunub.

Metbuat.az xəbər verir ki, baş redaktor Ramil Mirzəyev və redaksiyanın üzvləri "Redaksiya heyəti və peşə etikası qaydaları" nümunəsindəki prinsipləri müzakirə edib. Baş redaktor qeyd edib ki, redaksiya siyasətimizi müəyyənləşdirmək üçün bu önəmli bir faktordur: "Həm mediamızda peşəkarlığın artırılması, həm redaksiya siyasətimiz üçün, həm də oxucularımızı daha obyektiv, qərəzsiz xəbərlərlə təmin etmək üçün bu prinsiplərə əməl etməliyik".

Müzakirə zamanı redaksiya üzvləri öz təkliflərini səsləndiriblər. Sonda qərara alınıb ki, "Redaksiya heyəti və peşə etikası qaydaları" saytda xüsusi bölmə yaradılaraq yerləşdirilsin.

Qeyd edək ki, MEDİA tərəfindən redaksiyalara "Redaksiya heyəti və peşə etikası qaydaları" ilə bağlı nümunə göndərilib. Media subyektlərinə rəsmi saytlarında müvafiq bölmənin yaradılması tövsiyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR