Ruslar ukraynalı müdafiəçilərin olduğu zavoda 35 raket atdı

Ötən gecə Rusiya ordusu ələ keçirdiyi Mariupoldakı “Azovstal” zavodunun ərazisinə 35 hava zərbəsi endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın “Azov” alayı məlumat yayıb. Məlumata görə, ukraynalı hərbçilərin olduğu və mülki vətəndaşların gizləndiyi fabrik son bir gün ərzində güclü hücuma məruz qalıb. Fəsadların olduğu bildirilir. Qeyd edək ki, fabrikdə 2 minə yaxın hərbçi və mülki şəxslərin olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR