Evlərdən 17 min manatlıq qızıl oğurlayanlar tutulub

Ağcabədi rayonunda evdən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR