Bayden dünya müsəlmanlarını təbrik edib -

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, ABŞ rəhbəri bu barədə “Twitter” hesabında paylaşım edib.

“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, - Bayden sosial şəbəkə hesabında yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR