Hamının gözlədiyi xəbər: Amir üçün 3 milyon manat toplandı

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə 3 milyon manata çatıb.

Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, bu gün körpə üçün toplanan ianə 3 milyon manata çatıb.

Amirin sağalması üçün ona vurulmalı olan "Zolgensma” iynəsinin qiyməti 3 milyon 740 min manatdır.

Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün kampaniya keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR