UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.
Metbuat.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında Bakıda keçirilmiş qrup mərhələsinin V tur matçı da yer alıb.
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.