Abramoviç "Çelsi"ni bu şəxsələr satdı -

İngiltərənin "Çelsi" klubunun yeni sahibləri məlum olub.

Metbuat.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.

Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına, 2 milyard avroluq investisiya isə kluba sərf olunacaq.

Yeni sahiblər kluba əlavə 2 milyard avro investisiya qoyacaqlar. Satışın mayın sonunda tam başa çatdırılacağı gözlənilir.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən Abramoviç klubu satmaq qərarına gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR