Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Bu xəbəri qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.