Ukraynada məktəbin bombalanması nəticəsində 60 nəfər öldü -

Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakinin olduğu məktəbi bombalaması nəticəsində 60 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Mayın 7-də saat 16:37-də Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində 300-ə yaxın kvadratmetr ərazidə məktəb binasında yanğınlar baş verib və mədəniyyət evində yanğın dörd saat sonra söndürülüb, sonra dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin meyiti tapılıb. Dağıntılar altından 30 nəfər təxliyə edilib, onlardan 7-si yaralanıb”, - S.Qayday qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR