Ukraynaya gizli gedən Baydenin

ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Ukraynaya gizli səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, xanım Baydenin səfəri məxfi saxlanılıb.

Qeyd olunub ki, o, Ukraynanın Ujqorod şəhərinə səfər edib və Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşüb.

Bundan başqa, mediada Cill Baydenin olduğu iddia edilən kortejin videosu da yayılıb.

Səfər barədə rəsmi açıqlama verilməyib.

Vurğulanır ki, Cill Bayden Ujqoroddakı təxliyə edilənlərin saxlanıldığı mərkəzə baş çəkib.

ABŞ-ın birinci xanımı artıq Ukrayna ərazisini tərk etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR