Əfqanıstandan Tacikistana yeddi raket atıldı

Əfqanıstanın Taxor əyalətinin Xocaqor ərazisindən Tacikistanın Farxor rayonundakı Pənc sərhəd zastavası istiqamətinə yeddi raket atılıb.

Metbuat.az xəbər verir ki, raketlər “Taliban” və İŞİD qruplaşması tərəfindən atılıb. Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb.

Bildirilir ki, Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR