Tehranda həyəcan: Məktəblər bağlandı,

İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.

Metbuat.az xəbər verir ki, Tehran merinin müavini Abid Mələki bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə xüsusi fövqəladə hallar komissiyası yaradılıb.

Həmçinin, yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tehran dünya şəhərləri arasında hava kirliliyi reytinqində 12-ci yerdədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR