"Qarabağ" dünya reytinqində ilk 100-lüyə daxil olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Metbuat.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

Aktivində 136 xalı olan "Qarabağ" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın "Mamelodi Sandaunz", Almaniyanın "Bayer" (Leverkuzen) klubları ilə eyni xala malikdir.

"Neftçi" isə 87 xalla 237-ci yerdən 221-ci sırayadək irəliləyib.

İlk 3-lükdə 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.

99 106 Qarabag FK Azerbaijan / 2 / AZE UEFA136
221237 Neftchi BakuAzerbaijan / 2 /AZEUEFA87

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR