Məşhur aktyor əməliyyat olunacaq, 50 min dollar yardım toplandı - VİDEO

ARB TV-də yayımlanan "Səni axtarıram” verilişində məşhur aktyor Elvin Ağayevin qaraciyər köçürməsi əməliyyatı üçün yardım kampaniyası elan olunmuşdu.

Bu gün "Səni axtarıram” verilişində aktyorun əməliyyatı üçün lazım olan 50 min dollardan çox vəsait toplanıb.

Bu barədə məlumatı əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram” verilişinin canlı efirində elan edib.

Qeyd edək ki, Qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevin ailə üzvləri arasında donor tapılmadığından, aktyor Türkiyədə əməliyyat olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR