Aşiq olduğu məhkumu qaçırdı - Qadın nəzarətçidən ŞOK ƏMƏL:

ABŞ-ın Alabama ştatında qadın nəzarətçi Vikki Uayt məhkum Kasey Uayteni həbsxanadan qaçırıb.

Metbuat.az xəbər verir ki, 38 yaşlı qadın nəzarətçi məhkumu tibbi yoxlanışa aparmaq bəhanəsi ilə həbsxanadan çıxarıb. Lakin geri qayıtmayıb. Onların sevgili olduğu güman edilir. Polisin axtarışlarından sonra onların yeri müəyyən edilib. Təqib zamanı onların avtomobili qəza törədib. Bu zaman isə qadın nəzarətçi odlu silahla intihar edib. Məhkum isə yenidən həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR