Təxribatlara dərhal cavab veriləcək -

“Şimali Koreyadan birbaşa təxribatın olacağı təqdirdə buna dərhal və sərt cavab veriləcək”.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyindən belə açıqlama verilib. Bildirilib ki, Pxenyanın Seulu hədəfə alacaq təxribatları cavabsız qalmayacaq. Açıqlamaya görə, Cənubi Koreya ABŞ-la hərbi əməkdaşlığı gücləndirəcək.

“Hər istiqamətdən gələ biləcək təhdidlərə cavab vermək üçün quru, dəniz və hava olmaqla bütün sahələrdə güclü müdafiə mövqeyi qorunur” - deyə açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR