Ceyhun Bayramov Lavrovla görüşüb -

Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


15:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb.

Görüş Tacikistanın paytaxtı Düşənbədə MDB XİN başçıları Şurası çərçivəsində baş tutub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR