"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.

Metbuat.az xəbər verir ki, çempionluğu əvvəlki turlarda təmin etmiş "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.

"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Köhlən atlar"ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub.

Ağdam təmsilçisinin sadiq fanatlarından hesab edilən "İmarət" azarkeş qrupunun üzvləri 7-ci dəqiqədə tribunadan ayrılıblar. Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR