Gizlicə hücuma keçən rus ordusu yüzlərlə itki verdi: Çay sahilində amansız döyüş /

Rusiya ordusunun Lisiçansk şəhəri ətrafında ciddi itkilər verdiyi məlum olub.

Metbuat.az xəbər verir ki, ötən həftə ruslar şəhəri mühasirəyə almaq üçün Donets çayını keçməyə cəhd göstəriblər. Ruslar əraziyə od vurub tüstü yaradaraq, peyk görüntülərinin və PUA-ların hədəfindən yayınmağa cəhd göstəriblər. Lakin ukraynalı hərbçilər texnikaların səsini müəyyən edərək, hücum ediblər.

Nəticədə onların hücumu uğurlu alınıb. Rusların Donets çayı üzərində qurduğu müvəqqəti körpü dağıdılıb. Rusiyanın 50-yə qədər texnikası sıradan çıxıb. Bu hücumda rusların 1500-ə qədər itki verdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR