Kiyevdə Rusiya ilə bağlı abidələr söküləcək

Ukraynanın paytaxtı Kiyevdə Rusiya ilə bağlı 40-dan çox abidənin sökülməsinə qərar verilib.

Metbuat.az xəbər verir ki, bu haqda mayın 14-də şəhərin meri Vitali Kliçko öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, artıq söküləcək abidələrin və xatirə lövhələrinin siyahısı yerli deputatlar tərəfindən təsdiqlənib.

Onların “Totalitarizm” muzeyinə köçürülməsi planlaşdırılır.

Kliçko, həmçinin, qeyd edib ki, Kiyev Şəhər Şurası ruslar və ukraynalıların birliyinin simvolu olan “Xalqlar Dostluğu Tağı”nın adının “dekommunizasiyası” haqqında qərar qəbul edib. İndi o, Ukrayna xalqının “Azadlıq Tağı” adlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR