"Zirə" - "Neftçi" oyununda ara qarışdı - VİDEO

Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə" "Neftçi"ni qəbul edir.

Metbuat.az xəbər verir ki, matçın 18-ci dəqiqəsində meydanda ara qarışıb. Epizodların birində top "Neftçi"nin müdafiəçisi Azər Salahlının əlinə dəyib. "Zirə" futbolçuları cərimə zərbəsini tez yerinə yetirmək istəsə də, Yusuf Laval buna mane olub. Ardınca Loris Bronyo və Laval arasında mübahisə yaranıb. Hadisələrə digər futbolçular da qarışıb. Daha sonra Laval rəqib futbolçu Dmiotrios Çantakiasa zərbə endirib.

Hadisələrin yekununda qarşılaşmanın baş hakimi Rauf Cabarov "Neftçi"dən Yusuf Lavala, "Zirə"dən isə baş məşqçi Rəşad Sadıqova sarı vərəqə göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR