Rusiya Finlandiya və İsveçə hücum etsə NATO müdaxilə etməyəcək -

“İsveç və Finlandiya hələlik NATO-nun üzvü olmadığı üçün mümkün hücum zamanı NATO müdaxilə etməyəcək”.

Metbuat.az xəbər verir ki, NATO-nun Hərbi Komitəsinin rəhbəri Rob Bauer belə açıqlama verib. O bildirib ki, Finlandiya və İsveç üçün təhlükəsizlik zəmanət “Bir müttəfiqə qarşı hücumün bütün ittifaqa qarşı edildiyini” əks etdirən 5-ci maddə formasında olmayacaq. Komitə rəhbərinin sözlərinə görə, bununla belə bu mərhələdə Finlandiya və İsveçə təhlükəsizlik zəmanəti verən ölkələr var.

Qeyd edək ki, Böyük Britaniya və ABŞ-ın Finlandiya və İsveçə NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR