Toplantıda mübahisə düşdü: Çavuşoğlu naziri susdurdu -

Almaniyada İsveçin Baş naziri Ann Linde ilə Türkiyənin Baş naziri Mövlud Çavuşoğlu arasında mübahisənin düşdüyü məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə toplantıda iştirak edən nümayəndə KİV-lərə danışıb. O bildirib ki, mübahisə zamanı Çavuşoğlu isveçli həmkarına İsveçin Türkiyəyə qarşı apardığı siyasətin səhv olduğunu detallarla sübut edib. Toplantıda olan isveçli diplomatlar mübahisənin daha da gərginləşməməsi üçün Çavuşoğlunun danışığına müdaxilə etməyə çəkiniblər. Mənbənin məlumatına görə, Çavuşoğlu Türkiyənin mövqeyini nəzakətli şəkildə izah edib.

Qeyd edək ki, 5 gün əvvəl NATO ölkələrinin xarici işlər nazirləri Almaniyada bir araya gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR