Mbappe PSJ ilə müqaviləni uzadacaq

Fransa millisinin futbolçusu Kilian Mbappe çıxış etdiyi PSJ ilə müqaviləsini uzatmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə italiyalı tanınmış jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, 24 yaşlı hücumçu İspaniya "Real Madrid"inin təklifini rədd edib.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR