Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Babayeva Nuray Zamiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.