Babel “Qalatasaray”dan getdi

“Qalatasaray”ın futbolçusu Rayan Babel komandadan ayrılıb.

Metbuat.az xəbər verir ki, niderlandlı hücumçu öz yutub kanalında paylaşdığı videoda İstanbul klubu ilə vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından “Qalatasaray”da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 42 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR