Ərdoğandan Baş nazirə sərt sözlər:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Ankaraya qarşı yürütdüyü siyasəti sərt tənqid edib.

Metbuat.az xəbər verir, o bildirib ki, Yunanıstan FETÖ terrorçularının Avropaya getməsinə dəstək olur. Ərdoğanın sözlərinə görə, Afina terror təşkilatına dəstək olur:

“Bunlardan başqa, Yunanıstanda 10-a yaxın hərbi baza var. Bu bazalarla Yunanıstan kimi təhdid edir? Bu bazalar Yunanıstanda niyə var? Özü ( Red: Miçotakis - Yunanıstanın baş naziri) ilə görüşdük. Aramıza 3-cü ölkənin girməməsi barədə razılığa gəldik. Buna baxmayaraq ABŞ-da Senatoda çıxışında Türkiyənin əleyhinə nə lazımdırsa dedi. Türkiyəyə F-16-ları verməyin deyə xəbərdarlıqlar etdi. Artıq mənim üçün Miçotakis deyə birisi yoxdur. Çünki biz sözünə əməl edən onurlu şəxsiyyətlərlə yola çıxarıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR