NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiya ilə bağlı siyasi mövqeyinə dəstək verib.
Metbuat.az xəbər verir ki, o deyib:
“Heç kim Türkiyə qədər terror hücumlarından zərər çəkməyib. Türkiyə önəmli müttəfiqdir və bir müttəfiqin narahatlıqları varsa müzakirə edilərək həll edilməlidir. Ad məsələsinə görə, Şimali Makedoniyanın NATO üzvü olması Yunanıstanın qarşı çıxması ilə 10 il davam etdi və sonra həll edildi”.