Mbappeni və Hallandı əlindən qaçıran "Real Madrid"dən GÖZLƏNİLMƏZ HƏMLƏ: Baş məşqçi şəxsən zəng etdi

Kilian Mbappeni və Erlinq Hallandı transfer edə bilməyən “Real Madrid” klubu diqqətini "Monako"nun futbolçusu Aurelien Tçaumenə yönəldib.

Metbuat az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Baş məşqçi Karlo Ançelotti 22 yaşlı yarımmüdafiəçini razı salmaq üçün şəxsən zəng edib. İddialara görə, Ançelotti futbolçuya əsas heyətdə önəmli rol vəd edib. Bildirilir ki, Aurelien Tçaumen İspaniyada oynamağa razılıq verib. Tərəflər arasında 5 illik müqavilənin imzalanacağı iddia edilir.

Qeyd edək ki, Tçaumeni bu mövsümdə 35 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Tçaumeni Avropa nəhənglərinin diqqətində idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR