Ukraynaya ŞOK "qadağa": Rus torpaqlarına hücum edə bilməz

“Ukraynadan reaktiv yaylım atəş sistemlərindən yalnız müdafiə məqsədləri üçün istifadə edəcəyinə dair təminat aldıq”.

Metbuat.az xəbər verir ki, Pentaqonun ABŞ-ın Ukraynaya verəcəyi “HİMARS” silahları barədə açıqlamasında belə deyilir. Bildirilir ki, Ukrayna ordusu bu silahlarla rus torpaqlarını hədəfə almayacağına dair təminat verib. Ukrayna ABŞ-ın şərtini qəbul edəndən sonra uzun mənzilli silahların Kiyevə verilməsinə razılıq verilib. Açıqlamada ABŞ-ın Ukraynaya verəcəyi yeni hərbi dəstəyin detalları barədə məlumat verilib. Bildirilib ki, ABŞ Ukraynaya 4 “HİMARS” , 2 hava hücumundan müşahidə radar, 4 Mİ-17 helikopteri, 1000 tank əleyhinə raket və digər hərbi vasitələr verəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni müdafiə yardımı paketini verilməsini təsdiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR