Türk kəşfiyyatı PKK-nın liderlərindən birini məhv etdi

Türkiyə kəşfiyyatı İraqın şimalında PKK terror təşkilatına qarşı növbəti dəfə uğurlu əməliyyat təşkil edib.

Metbuat.az PKK-nın liderlərindən olan Mehmet Doğan məhv edilib. Türkiyənin rəsmi mənbələrinin məlumatına görə, terrorçunu təqib edən kəşfiyyat, onun Süleymaniyə şəhərində olduğunu müəyyən edib. Dəqiq həmlə ilə o məhv edilib. Qeyd edək ki, Türkiyə ordusu hazırda İraqın şimalında irimiqyaslı hərbi əməliyyatlar həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR